`Ev almayan jurnalistləri qınamıram`

`Ev almayan jurnalistləri qınamıram`
  23 İyul 2013    Oxunub:1184
Jurnalistlərin problemləri həmişə diqqətimizdə olmalıdır.
Dünən Azərbaycan milli mətbuat günü geniş vüsətlə qeyd edildi. Cəmiyyət bir daha medainın əhəmiyyətini və gücünü hiss etdi. Bu günümüzün formalaşmasında mətbuata qiymət verməmək düzgün olmazdı.

AzVision.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə facebook səhifəsində yazıb:

“22 iyulun yadda qalan vacib bir hadisəsi isə dövlət hesabına 155 jurnalistə mənzil verilməsi oldu. Binanın açılışında şəxsən prezident İlham Əliyevin iştirak etməsi onun mətbuat və jurnalistlərin qayğıları haqqında yüksək sözləri uzun müddət müzakirə mövzusu olacaqdır.

Bununla belə dünənki mənzil paylanmasında gözləntisi düz çıxmayanların yazıları sosial şəbəkədə axmaqda davam edir.

Onları qınamıram və hesab edirəm ki, onlar da mənzilə layiqdirlər. Ancaq əgər bir neçə min nəfər jurnalist ailəsi mənzilə ehtiyacı varsa, cəmi 155 mənzil ala bilirsə hamını necə razı salmaq olar. Bu ilki bina ilk addımdır. Qarşıdan ikinci, bəlkə də üçüncü, dördüncü bina gəlir. Şübhəm yoxdur ki, dövlət bütün jurnalistlərin mənzillə təminatına nail olacaqdır.

Birdə fikirləşməyək ki. mənzili ancaq dövlət verəcək. Tamamilə mümkündür ki, media holdinqlər güclü biznes strukturlarına çevrildikdən sonra onlar özləri də öz problemlərini həll edə biləcəklər. Hələ mən ipotekanın faizinin aşağı salınması üçün aparılan işləri demirəm.

Ona görə də əziz dostlar, ruhdan düşməyin. Sizlərin də mənzili olacaqdır. Nicatın, Qadirin, hörmətli Bəsti xanımın. Mərhum Alı Mustafayevin ailəsinin evi olduğu kimi.

Gələn ev bölgüsündə dostlarım Kamil Həmzəoğlunun və Elməddin Muradlının xahişini isə özüm edəcəyəm.

AzVision.az


Teqlər:





Xəbər lenti