`Türkiyə ilə viza rejimi ləğv edilməlidir` - Siyavuş Novruzov

`Türkiyə ilə viza rejimi ləğv edilməlidir` - Siyavuş Novruzov
  06 May 2016    Oxunub:1899
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğv edilməsi və ya uzadılması təklifi ilə çıxış edib.
AzVision.az xəbər verir ki, millət vəkili çıxışı zamanı bildirib ki, Türkiyə cəbhədəki son hadisələrdə hərbi və digər sahələr üzrə Azərbaycana dəstək göstərib və bu dəstək davam edir.

"Ümumilli liderimizin qeyd etdiyi kimi biz Türkiyə ilə "bir millət iki dövlətik”. Bu arada belə sistemin indiki şəraitdə ləğv olunması və ya müddətinin uzadılması vacib amillərdəndir. Xüsusilə, Naxçıvan Muxtar Respublikasını qeyd etmək istəyirəm. Oradan Türkiyəyə işləməyə gedənlər var. Naxçıvan blokadada olan ərazidir. Onda Naxçıvandan Türkiyəyə işləməyə gedənlər məcburdular ki, 3 aydan bir sərhədi keçsinlər. Onların qazandıqları yol puluna gedəcək. Gürcüstan Türkiyə ilə viza sistemini ləğv etdi. Azərbaycanın bütün ərazisində olmasa da, Naxçıvanda viza ya ləğv olunmalı, ya da bir il müddətinə uzadılmalıdır. Türkiyədən iş adamları Azərbaycana gəlib iş görür və ya əksinə. Müəllimlər var ki, Türkiyədə dərs deyir. Onların işlərinin yüngülləşdirilməsi üçün bu addımları atmalıyıq”.

Spiker Oqtay Əsədov isə bildirib ki, hazırda bu istiqamətdə iş gedir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti