Erməni işğalına dair petisiyada 327 min səs toplanıb

Erməni işğalına dair petisiyada 327 min səs toplanıb
  06 May 2016    Oxunub:2450
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən aprelin 6-da Ağ Evin saytında yerləşdirilən “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsində 327 min səs toplanıb.

AzVision.az xəbər verir ki, bunu AVCİYA prezidenti Elxan Süleymanov deyib.
Onun sözlərinə görə, petisiya layihəsinin imzalanması bu gün başa çatsa da Obama administrasiyası petisiyaya münasibət bildirənə qədər səsvermə üçün açıq olacaq:

“Petisiya layihəsində Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılıb.

Həmçinin Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilib. Ümid edirəm ki, Obama bu petisiyaya hər zamankı kimi standart münasibət bildirməyəcək. Çünki, bu Avropanın 45 ölkəsinin səs verərək qəbul etdiyi 2085 saylı qətnamə layihəsi əsasında yaradılan petisiya idi”.

E.Süleymanov qeyd edib ki, AVCİYA petisiya layihəsi çərçivəsində Bakıda və regionlarda 16 ali təhsil müəssisəsində və 2 orta ixtisas təhsili müəssisəsində professor-müəllim heyəti və tələbələrlə görüş keçirilib. Petisiya ilə bağlı 1 mətbuat konfransı, dəyirmi masa, Şamaxı rayonunda tədbirlər keçirilib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti