`Əminəm ki, prezident bunu geri qaytaracaq`- Deputat
“Mən bayaq da qeyd etdim ki, pay torpaqlarının istifadə edilməyən bir hektarına görə, 1000 manat cərimə ödəmək lazımdı. Əgər kiminsə 5 hektar torpağı varsa, o 5000 manat ödəməlidir. Necə ödəsin? Mən əminəm ki, bu qanun işləməyəcək. Cənab prezident əminəm ki, onu geri qaytaracaq. İndi antidempinq məsələsi də elədir. Böyük avadanlıqlara da bunu tətbiq etmək olar. Amma geyim məsələsində filan çətinlik yaranacaq. “Outlet” deyilən bir məsələ var. Oradan ucuz geyimləri alıb gətirirlər. Bu da gələcəkdə problemlər yaradacaq”- deyə qeyd edib.
Vitse-spiker Valeh Ələsgərov bildirib ki, məhsulun hardan gətirilməsindən asılı olmayaraq əgər Azərbaycanda istehsal olunursa, ona bu qanun tətbiq olunmalıdır.
“Məhsul outletdən deyil, hardan gətirilirsə gətirilsin, Azərbaycanda istehsal olunan malın qiymətinə təsir edirsə, bu qanunun tətbiqi düzgündür. Azərbaycanda istehsal olunmayan bir şeyə bu necə tətbiq oluna bilər. Bu düzgün və beynəlxalq standartlara uyğun hazırlanmış qanun layihəsidir”.
Spiker Oqtay Əsədov da deputata öz iradını bildirib.
“Siz ikinci deputatsınız ki, deyirsiniz prezident veto qoyur. Veto qoymaq Prezidentin səlahiyyətidir. Prezidentin adından danışmaq düzgün deyil. Komitə “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsini iki həftədir işləyir. İşə də qimyət vermək lazımdır. Səs vermirsən, o sənin fikrindir”.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


