Peleqrini `Fənərbaxça`nı çalışdıra bilər
Çilili baş məşqçinin meneceri Jesus Martinez “Fanatik”ə açıqlamasında deyib ki, təklif gəlsə və klubun yeni layihəsini bəyənsə Peleqrini “Fənərbaxça”nı çalışdıra bilər:
“Hazırda “Fənərbaxça”dan, ümumən Türkiyədən Peleqriniyə heç bir təklif gəlməyib. Sezon sonunda “Mançester Siti"dən ayırlacaq. Bu səbəbdən klublardan gələcək təklifləri gözləyirik. Peleqrini çalışdıracağı klublarla bağlı məsələdə bir qədər həsassdır. Ona görə də təklif edən klubun həm də yaxşı layihəsi olmalıdır. O zaman heç bir fərq qoymadan Türkiyə, İspaniya və ya hər hansı bir başqa ölkədən gələn təklifləri dəyərləndirə bilər.
Bu qədər potensiallı klublar hər zaman yeni bir şansdır. Əgər təklif gələrsə, Peleqrini “Fənərbaxça”nı heç vaxt gözardı etməz”, -deyə J.Martinez vurğulayıb.
Kənan Məmmədov
AzVision.az
Teqlər: