Beyləqanda və dünyada - Qeyri-adi tualetlər (FOTOLAR)

Beyləqanda və dünyada - Qeyri-adi tualetlər (FOTOLAR)
  06 May 2016    Oxunub:18535
Beyləqan rayonunda Yaponiyanın ayırdığı 90 min 300 dollar qrant hesabına iki məktəb tualetinin təntənəli şəkildə istifadəyə verilməsi ölkədə qalmaqala səbəb olub. Günlərdir sosial şəbəkələrdə bu mövzu ətrafında müzakirələr aparılır.

Azərbaycan mediasının və ictimaiyyətin diqqətini özünə cəlb edən bu mövzu bizə qeyri-adi görünsə də, dünya ölkələrində tualetə maraq fərqlidir.
“Lonely Planet” dünyanın ən qeyri-adi tualetlərini müəyyənləşdirib.

AzVision.az dünya ölkələrində insanların marağına səbəb olan qeyri-adi tualetlərin görüntülərini təqdim edir:

Barafu Camp

Tanzanyada yerləşən bu tualet sıldırım qayanın kənarında yerləşir. Necə deyərlər, bundan istifadə edənlər sözün əsl mənasında ekstrim yaşayırlar.



Public lavatories, Matakana,
Yeni Zelandada yerləşən bu ayaqyolu təbii ehtiyaclarını ödəmək istəyənlərə üçün əsl mənzərədir. Kənardan balaca daxmanı xatırladan sanitar qovşaqlar əslində ayaqyoludur.



Krafla
İslandiyanın çöllük ərazisində yerləşən tualetin hər tərəfi açıqdır.



Thiksey Manastırı, Ladax,
Hindistanda kişilər üçün nəzərdə tutulan tualet təbii ehtiyaclarını ödəyənlərə əsl mənzərə bəxş edir. Belə ki, tualetin pəncərəsi birbaşa dağlıq mənzəyə açılır.



Britaniya Kolumbiyası,
Kanadada sakinlər meşəyə istirahətə gələnləri yaddan çıxartmayıblar. Kolumbiyalılar meşənin ortasında ictimai tualet inşa etsələr də, ayaqyolunu bağlamaq deyəsən yadlarından çıxıb.



Tonto Trail, Qrand Kanyon Milli Park,



Avstryanın Vyana şəhərində yerləşən bu ayaqyolu isə Skhönbrunn qalası tualetləri adlanır.



Laosdaki tualetin mənzərəsi vadiyə açılır.



Norveç, Huldefossen



Braziliyadakı Gaudi stilli tualetlerin üzərində kişi, qadın şəkilləri olmasa, buranın əyləncə mərkəzi ilə səhv salmaq olar.



İsviçrədəki Segantini hut ayaqyolusundan istifadə etmək istəyənlər isə uzun yol qət etməlidirlər. Dağın zirvəsində yerləşən bu tualetdən baxdıqda bütün İsveçrə əlinin içi kimi görünür.



Avstraliya Başam çimərliyində yerləşən bu tualet dənizdən bir neçə metr aralıda yerləşir.



Gültəkin Ələsgər
AzVision.az




Teqlər:  





Xəbər lenti