ABŞ Suriyaya zərbə planını hazırlayıb

ABŞ Suriyaya zərbə planını hazırlayıb
  23 İyul 2013    Oxunub:1295
Konqres isə Suriya müxalifətinə silah çatdırılmasına qoyduğu qadağanı aradan qaldırıb
ABŞ Suriyaya uzaq məsafədən zərbə planını hazırlayıb. Plana əsasən, ABŞ ordusu zəruri hal olduqda Suriya ordusunun obyektlərinə məhdud sayda zərbələr endirə biləcək. Bu barədə ABŞ Silahlı qüvvələri qərargah rəisi Martin Dempsi bəyan edib.

Onun sözlərinə görə, potensial hədəflərə hava əleyhinə müdafiə qüvvələri, quru qoşunları, raket qurğuları, donanma, həmçinin köməkçi hərbi və komanda məntəqələri daxildir. Vaşinqton Bəşər Əsədə qarşı çıxan Suriya müxalifətini dəstəkləyir.

Bu arada ABŞ konqresi Suriya müxalifətinə silah çatdırılmasına qoyduğu qadağanı aradan qaldırıb.
XAt;rladaq ki, ötən gün Suriya baş nazirinin müavini Qədri Cəmil Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşüb. Cenevrə konfransı, silah razılaşmaları və digər məsələlərin müzakirə olunduğu görüşdə Suriya heyəti Moskvadan kredit də istəyib.

Sergey Lavrov isə bildirib ki, yaxın vaxtlarda Rusiya tərəfindən Suriyaya ayrılacaq kreditin məbləğı dəqiqləşdiriləcək və ilin sonuna kimi kredit təhvil veriləcək.

Ölkədəki son vəziyyəti şərh edən Qədri Cəmil Rusiyanın “S-300” havadan müdafiə sistemlərinin Suriyaya verilməsi ilə bağlı razılaşmanın qüvvədə qaldığını deyib.

S.Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti