Niyə 5:0? - KARİKATURA
Bu onu göstərir ki, futbolumuz öz ənənələrinə sadiqdir.
Çoxları belə düşünür ki, biz komanda oyunu oynaya bilmirik və uduzmağımızın da səbəbi budur. Tamamilə yanlış düşüncədir. Xalqın məişəti, milli şüuru onun tarixinə, mədəniyyətinə təsir göstərdiyi kimi, davranışlarına, idmanına da eyni dərəcədə təsir göstərir. Biz bütüm dünyada öz qonaqpərvərliyimizlə ad çıxarmış xalqıq və sözsüz ki, bu keyfiyyətimiz futbolumuza da yansıyıb. Qonağı döymək, söymək, ac saxlamaq, evdən qovalamaq bizdə ayıb sayıldığından, görünür, futbolda da qonaq komandaları udmağı özümüzə yaraşdırmırıq.
Teqlər: