YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib -FOTOLAR

YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib  -FOTOLAR
  07 May 2016    Oxunub:1998
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev irsi və multikultural dəyərlər” mövzusunda konfransın iştirakçıları mayın 7-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
AzVision.az xəbər verir ki, ziyarətdə baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, baş nazirin birinci müavini Yaqub Eyyubov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, deputatlar, Bakı rayonlarının icra hakimiyyətlərinin başçıları, YAP-ın rayon təşkilatlarının sədrləri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Elvin Abdulqədirov
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər:  






Xəbər lenti