Sürücülərə xəbərdarlıq

Sürücülərə xəbərdarlıq
  23 Fevral 2013    Oxunub:1730
Maşınlarda ”bort” kompüterlər quraşdırılacaq
Paytaxt yollarında nəqliyyatın intensiv hərəkətini bərpa etmək üçün "Yol Hərəkəti Haqqında" qanunla qadağan olunan yerlərdə avtomobilləri saxlayan sürücülər barəsində ciddi tədbirlər görüləcək.
Belə ki, dayanma-durmanı, parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında, eləcə də yolun hərəkət hissəsində-2-ci cərgədə, avtobus dayanacaqlarında, yolların kəsişmə nöqtəsinə yaxın məsafədə, piyada səkilərində, zebralar üzərində saxlanılan avtomobillər evakuasiya edilməklə yanaşı həm də Patrul Xidməti maşınlarında quraşdırılan "bort" kompüterlər vasitəsi ilə fotoları çəkiləcək və hazırlanan fotomaterial üzrə protokol tərtib ediləcək.


Teqlər:





Xəbər lenti