Rüstəm İbrahimbəyov həbs olunacaq

Rüstəm İbrahimbəyov həbs olunacaq
  23 İyul 2013    Oxunub:1163
Hüquq mühafizə orqanlarından alınan məlumata əsasən, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Azərbaycana qayıdacağı təqdirdə həbs olunacaq. Belə ki, Vergilər Nazirliyinin onun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqında apardığı yoxlama nəticəsində vergidən yayınma və vəsaitlərin mənimsənilməsinə dair faktlar aşkarlanıb.

Faktla əlaqədar başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və materiallar Baş Prokurorluğa təqdim edilib. Baş Prokurorluğun yaxın günlərdə R.İbrahimbəyov barədə cinayət işi qaldıracağı gözlənilir. Bu da onu deməyə əsas verir ki, R.İbrahimbəyov Azərbaycana qayıdacağı təqdirdə həbs ediləcək.

Baş Prokurorluqdan “Olaylara” bildirilib ki, istintaq sirri olduğundan hazırda məsələ ilə əlaqədar hər hansı məlumat verilmir.

Xatırladaq ki, Kinematoqrafçılar İttifaqında aparılmış yoxlama nəticəsində 12373,56 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilmədiyi aşkarlanıb və fakt üzrə CM-nin 213.1-ci maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq zamanı həm də 2009-cu ildə XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün ayrılmış 330.000 manat vəsaitdən 267.130 manatın nəğd qaydada kinofestivalın xərclərinin ödənilməsi məqsədilə təhtəlhesab şəxslərə verildiyi, nəqliyyat vasitələrinin icarəyə götürülməsi ilə bağlı 22.000 manatın talandığı müəyyən edilib.

haqqin.az


Teqlər:  





Xəbər lenti