İnsan hansı yaşda həyatdan razıdır

İnsan hansı yaşda həyatdan razıdır
  23 İyul 2013    Oxunub:1777
İnsan 23 yaşında özünü xoşbəxt hiss edir, çünki bu dövrdə o ümidlərlə dolu olur.
69 yaşında isə o həyata keçməyən arzuları ilə barışır. AzVision.az məlumat verir ki, bu barədə London iqtisadiyyat və siyasi elmlər məktəbi araşdırma aparıb.

Məlumdur ki, insan cavanlıqda və qocalıqda həyatından razı olur, amma orta yaş dövründə özünü bədbəxt hiss edir. Buna görə həyatda “xoşbəxtliyin qrafiki” çevrilmiş parabola və ya “U” hərfini xatırladır. Bu qanunauyğunluq dünyanın müxtəlif sosial qruplara aid 50-dən çox dövlətində müşahidə olunur. Bundan başqa, bu qrafik hətta insanabənzər meymunlar üçün də tipikdir.

Prinston universitetinin alimi Hannes Şvandt 17 – 85 yaş arası 23 min alman arasında sosial sorğu keçirib. Onların hər biri 10 ballıq cədvəl üzrə həyatlarını qiymətləndirib. Sorğunun nəticəsinə görə, “U” əyrisi 20 və 70 yaşlar arasında yerləşir, 23 və 69 yaşda isə pik nöqtəyə çatır.

Cavanlıqda insanlara elə gəlir ki, onların həyatdan razı olma səviyyəsi get-gedə artacaq. 20 yaşda onların həyatdan gözlədikləri təxminən 10 faiz təşkil edir. 30 yaşdan sonra qiymətləndirmə azalmağa başlayır, 55 yaşda tamam azalır və 68 yaşda minimuma çatır. Bundan sonra gözləntilərin səviyyəsi demək olar ki qalxmır, həyatdan razılığın səviyyəsi isə artır. Bu göstərici 75 yaşdan sonra yenidən düşməyə başlayır.

AzVision.az


Teqlər:





Xəbər lenti