`Ermənilər düz fikirləşir, hücum olacaq...` - YAP-çı deputat

`Ermənilər düz fikirləşir, hücum olacaq...` - YAP-çı deputat
  08 May 2016    Oxunub:3773
“Ermənistan və dünya erməniləri böyük vahimə içindədirlər. Onlar qorxu içində mayın 8-də Azərbaycan silahlı qüvvələrinin işğal edilmiş zonada Ermənistan ordusuna qarşı hücümunu gözləyirlər”.

AzVision.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib. O, fikrini belə davam etdirib:

“Yəqin bu axşam Ermənistanda və işğal edilmiş zonada heç kim yatmayacaq, neçəsinin adi bir şıqqıltıdanürəyi partlayacaq. Sonradan onları da "genosid siyahısına" əlavə edəcəklər.

Amma, onlar düz fikirləşirlər, hücum olacaq. Mayın 8 -i olmasa da, 9-da, 10-da, hansısa bir gündə mütləq olacaq. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etməkdən inadkarlıqla imtina etdikdə Azərbaycanın hərbi yoldan başqa çıxış yolu qalmayacaq.

Onun tarixini isə saytlarda xəbərlər vasitəsi ilə elan etməyəcəklər. Ermənistan bir də görəcək Azərbaycan bayrağı Xankəndində, Şuşada asılıb”.

AzVision.az


Teqlər:  





Xəbər lenti