4 mindən çox əlil pulsuz müalicə alıb

4 mindən çox əlil pulsuz müalicə alıb
  23 İyul 2013    Oxunub:1046
Son yarımildə 4350 nəfərədək əlilə bərpa-müalicə xidməti göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan bərpa-müalicə müəssisələrində son yarımildə 4350 nəfərədək əlilə müvafiq xidmətlər göstərilib.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, hazırda respublikanın 14 regionu üzrə fəaliyyət göstərən həmin müəssisələrdə hər il təqribən 9 minə yaxın əlil bərpa-müalicə xidməti ilə təmin olunur.

Bu istiqamətdə aparılan işlər əlillərin reabilitasiyasında önəmli rol oynayır. Belə ki, cari ilin 6 ayında əlillər arasında tam reabilitasiya göstəricisi 3300 nəfərə yaxın olub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlillərin əhali tərkibində faiz göstəricisi 10-15%-dir. Azərbaycanda isə bu rəqəm 4,4% təşkil edir ki, bu da dünya üzrə ən aşağı göstəricilərdəndir.


Teqlər:





Xəbər lenti