Bakı İslam Universitetinə qəbul qaydası dəyişdi
S.Həsənli deyib ki, universitetə qəbul üçün bu il hökumətdən 150-dən çox plan yeri istənilsə də, 100-ü əyani, 25-i qiyabi təhsil forması üzrə olmaqla, 125 plan yerinin ayrılmasına qərar verilib.
Hazırda BİU-da təhsilin ödənişli əsaslarla keçirildiyini deyən QMİ sədrinin müavini qeyd edib ki, universitetdə təhsil alan tələbələrin əksəriyyətinin maddi vəziyyəti orta və ortadan aşağıdır: "Ona görə də təhsili ödənişli etmək problem yaradır. Elə tələbələrimiz var ki, 1-ci tədris ilində təhsil haqqını ödəyiblər, amma nə 2, nə 3, nə də 4-cü tədris ili üçün təhsil haqqını ödəyə bilmirlər. Onları universitetdən xaric etməyi doğru hesab etmirik. Biz bunu edə bilmərik".
1989-cu ildən 1992-ci ilədək universitetdə təhsilin pulsuz olduğunu xatırladan S.Həsənli universitetdə təhsilin dövlət hesabına olmasının daha məqsədəuyğun olması qənaətindədir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


