“Nə nazirlik maraqlanır, nə də ki, bəstəkarlar”

 “Nə nazirlik maraqlanır, nə də ki, bəstəkarlar”
  23 İyul 2013    Oxunub:1454
“Yaşlıdır deyə ölsün?”
Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın vəziyyəti yaxşı deyil. Bu barədə Azvision.az-a açıqlamasında bəstəkarın bacısı Rəfiqə Axundova deyib :

“Şəfiqə Axundova Azərbaycanın böyük bəstəkarıdır, ona kömək etmək lazımdır.15 gündür ki, xəstəxanada yatır, ayağı günü-gündən şişir, bəs onun ayağı qanqrena olsa, mən nə edərəm? İndi özüm bacım üçün həkim axtarıram. Başqa çarəm yoxdur.Deyirəm görəsən, hansı həkim gəlib baxacaq? Problem ayağındadır. Ürəyi yaxşıdır, kardioloqlar tərəfindən müalicə olunur. Cərrahiyyə şöbəsində də dedilər ki, ayağı çanaqdan çıxıb, qocadır, əməliyyat edə bilmərik. Yaşlıdır deyə ölsün? Çətin ki, bu vəziyyətdə reanimasiyadan tezliklə çıxa bilsin”.

O ki qaldı bəstəkara göstərilən qayğı və diqqətə R.Axundova bildirib ki, bacısının vəziyyəti ilə heç kim maraqlanmır : “Heç kəs gəlib, baş çəkmir. Nə nazirlik, nə də ki bəstəkarlar. Bu gün Qənirə Paşayeva demişdir ki, gəlib, baş çəkəcək. Zəng edib, ağlamışam ki, Qənirə xanım,gəl, bacıma kömək et, ona həkim tap. Deyəsən, o, da gəlmir”

Qeyd edək ki, bəstəkar Şəfiqə Axundova 1 saylı Kilinik Şəhər Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunur.

89 yaşlı xalq artisti uzun müdddətdir ürək xəstəliyindən əziyyət çəkir. Bu il ərzində o, bir neçə dəfə xəstəxanada müalicə edilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti