Ordumuz erməni generalın əmisi oğlunu yaraladı

Ordumuz erməni generalın əmisi oğlunu yaraladı
  10 May 2016    Oxunub:2775
Ermənistan parlamentinin deputatı, general Seyran Saroyanın əmisi oğlu Artur Saroyan cəbhə xəttindəki atışma zamanı ağır yaralanıb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, 32 yaşlı Artur Saroyan muzdlu kimi aprel döyüşlərində Qarabağa gəlib.

Hazırda o, Erebunidə Tibb Mərkəzinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Artur Saroyan süni nəfər aparatına qoşulub.

Qeyd edək ki, general Saroyan Qarabağ müharibəsi zamanı dinc azərbaycanlılara qarşı törətdiyi vəhşilikliklərlə yadda qalıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti