`Qəbul imtahanlarında dəyişiklik olmayacaq`- Məleykə Abbaszadə

`Qəbul imtahanlarında dəyişiklik olmayacaq`- Məleykə Abbaszadə
  10 May 2016    Oxunub:1842
Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il keçiriləcək qəbul imtahanlarında dəyişikliklərin ediləcəyi ilə bağlı sualı cavablandırıb.
AzVision.az xəbər verir ki, M.Abbaszadə qəbul qaydalarında dəyişikliyin gözlənilmədiyini bildirib:

"İmtahanların keçirilməsinə bir həftə vaxt qalıb. İmtahanda və qəbul qaydalarında hər hansı bir dəyişiklik gözlənilmir",-deyə DİM rəhbəri vurğulayıb.

M. Abbaszadə əlavə edib ki, V ixtisas qrupuna daxil olan ixtisaslar sırf qabiliyyət tələb edənlərdir: "İxtisasların müsabiqəsində iştirak etmək üçün builki məzunlar buraxılış imtahanlarını verməli, əvvəlki illərin məzunları isə buraxılış imtahanları səviyyəsində olan imtahanları verir və ümumi müsabiqəyə qoşulurlar".

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti