Komitə sədri bəzi sahibkarlardan narazıdır

Komitə sədri bəzi sahibkarlardan narazıdır
  10 May 2016    Oxunub:2080
“Azərbaycanda elə sahibkarlar var ki, yoxlamaların dayandırılmasından sui-istifadə edərək keyfiyyətsiz məhsul istehsal edirlər”.
AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Komitə sədrinin sözlərinə görə, məhsulların keyfiyyəti ilə bağlı Komitəyə daxil olan şikayətlər araşdırılır:

“Yanacaqdoldurma məntəqələri, ərzaq istehsalı ilə bağlı sahələrdən şikayətlər daxil olur. Bununla bağlı araşdırmalar aparılır. Komitə tərəfindən aparılan yoxlamalar ümumiyyətlə dayandırılmayıb. Biz yalnız kütləvi formada olan yoxlamaları dayandırmışıq, monitorinqlər aparırıq. Müəssisəni narahat etmədən bazarda monitorinq aparıb, olan nöqsanları aşkarlayıb, müvafiq tədbirlər görürük”.

R. Həsənov, həmçinin Hesablama Palatasının yoxlamalarında ən çox qanun pozuntusuna yol verən qurum kimi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin adının çəkilməsinə də münasibət bildirib: “Hesablama Palatası bizdə 2014-cü ildə yoxlama aparıb. O zaman heç bir pozuntu qeydə alınmayıb. Mən bilmirəm bu məlumatlar harada gedib, belə bir hal yoxdur”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti