Nazirlik: Küləkli və dalğalı havada dənizdə çimməyin!

Nazirlik: Küləkli və dalğalı havada dənizdə çimməyin!
  23 İyul 2013    Oxunub:1131
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə xəbərdarlıq edib.
AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin proqnozuna əsasən, iyulun 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə olunacağını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi istirahətini dəniz kənarında, çimərliklərdə keçirən insanlara şəxsi təhlükəsizliyin qayğısına qalmağı, küləkli və dalğalı havada dənizdə çimməməyi tövsiyə edir.

Küləkli və dalğalı havada dənizə girmək həyat və sağlamlıq üçün təhlükəlidir.


Teqlər:





Xəbər lenti