KİV: Putin Azərbaycana gəlir
AzVision.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məlumatlı mənbə bildirib.
Qeyd edilib ki, səfər may ayının sonlarında baş tutacaq. Səfərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır.
“Çox güman ki, səfərin məqsədi Azərbaycan rəhbərliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi yollarının, o cümlədən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranmış vəziyyətin müzakirəsi olacaq”, - mənbə bildirib.
Putinin İrəvanada gedəcəyi istisna deyil.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


