Messsidən Ronaldonu qəzəbləndirəcək sözlər

Messsidən Ronaldonu qəzəbləndirəcək sözlər
  10 May 2016    Oxunub:1783
““Barselona”da heç kim “Real Madrid”in kubok qazanmasını istəmir. Ümid edirik ki, onlar sezonu kuboksuz başa vuracaqlar”.

AzVision.az-ın məlumatına görə, bu fikirləri Katalon klubunun argentinalı ulduz futbolçusu Lionel Messi deyib.

Messi Çempionlar Liqasının qalibinin “Atletiko Madrid” olacağını ümid etdiyini bildirib: “Atletiko”nun qalibiyyəti bizi sevindirər. Bu klubun indiyə qədərki uğurları möhtəşəmdir. Doğrudur, indiyə qədər əldə etdikləri naliyyətləri asan əldə etməyiblər. Hesab edirəm ki, Dieqo Simione və komandası qazanılan uğurlar haqlarıdır”.

Bu sezon 47 oyunda 41 qol, 24 asist edən Messi sezonu ən yaxşı nəticələrlə başa vurmaq istədiklərini vurğulayıb.

Qeyd edək ki, hazırda İspaniya La Liqasına 88 xalla “Barselona” başçılıq edir. 87 xalı olan “Real Madrid” isə ikinci pillədədir. Əzəli rəqiblər son turu səfərdə keçirəcəklər. “Barselona” “Qranada” ilə “Real Madrid” isə “Deportivo”nun qonağı olacaq. Bundan başqa Katolun klubu mayın 22-də İspaniya Kral Kubokunun finalında “Sevilya” ilə üz-üzə gələcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti