Nazir yüksək bal toplayanlara noutbuk verib

Nazir yüksək bal toplayanlara noutbuk verib
  24 İyul 2013    Oxunub:1096
İyulun 23-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İsmayıllıda vətəndaşları qəbul edib.
AzVision.az xəbər verir ki, İsmayıllı şəhərindəki “Rabitə evi”ndə keçirilən və nazirliyin müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda İsmayıllı, Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ağdaş və Qobustan rayonlarından olan vətəndaşların müraciətləri dinlənilib.

Vətəndaşlar əsasən əhaliyə göstərilən poçt, telekommunikasiya, internet, televiziya və radio yayımı xidmətlərindəki mövcud vəziyyət, bu xidmətlərin keyfiyyəti, habelə işə qəbul və s. məsələlərlə bağlı müraciət ediblər.

Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, bəzi müraciətlər qeydə alınaraq araşdırılıb həll edilməsi üçün nazirliyin müvafiq strukturlarına tapşırıqlar verilib.

Nazir Əli Abbasov bu il test imtahanlarında yüksək bal toplayan İsmayıllıdan olan 14 abituriyentin hər birinə notbook hədiyyə edib.


Teqlər:  





Xəbər lenti