Nazirlik jurnalistləri mükafatlandırdı
Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib. Ümummilli Liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən neft, aqrar islahatlar, özəlləşdirmə, regionların tarazlı inkişafı siyasəti, sahibkarlığın inkişafı, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması kimi kompleks tədbirlər sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaradıb.
Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir, dünyada layiqli yerini tutub və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycan daha işıqlı gələcəyə doğru inamla irəliləyir.
Sonra Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə KİV nümayəndələri arasında təşkil etdiyi “Heydər Əliyev və sahibkarlığın inkişafı” mövzusunda yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanıb. Qeyd edək ki, müsabiqəyə 48 KİV tərəfindən 69 material təqdim edilib. Təqdim olunmuş süjet və məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən edilib. Tədbirdə qaliblər elan olunub, onlara diplomlar və mükafatlar təqdim olunub. Ümumiyyətlə isə, bütün müsabiqə iştirakçıları diplomlarla təltif olunub, onlara mükafatlar verilib.
AzVision.az-ın iki müxbiri də mükafata layiq görülüb.
Sonda Ümummilli Liderimizin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına YAP-ın partiya vəsiqələri təqdim olunub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


