Mikayıl Cabbarov vətəndaşlarla görüşəcək

Mikayıl Cabbarov vətəndaşlarla görüşəcək
  24 İyul 2013    Oxunub:1228
AzVision.az xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov Gəncə, Naftalan şəhərlərində, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir və Tovuz rayonlarında yaşayan vətəndaşları ilə görüşəcək.
29 iyul 2013-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Gəncə Dövlət Universitetinin əsas binasında mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Gəncə, Naftalan şəhərlərində və Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.


Teqlər:





Xəbər lenti