Dünyanın ən varlı 10 futbolçusu və klubu - SİYAHI

  12 May 2016    Oxunub : 2348
Dünyanın ən varlı 10 futbolçusu və klubu - SİYAHI
"Forbes" jurnalı dünyanın ən çox qazanan futbolçularının adlarını açıqlayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçu adını qazanıb. Onun illik gəliri 82 milyon dollardır.

İkinci yerdə Lionel Messi (“Barselona”, 77 mln), üçüncü yerdə isə Zlatan İbrahimoviç (PSJ, 37 mln) qərarlaşıb.

İlk onluqda həmçinin Neymar (“Barselona”), Qaret Beyl (“Real” Madrid), Ueyn Runi (“Mançester Yunayted”), Serxio Aquero (“Mançester Siti”), Luis Suares (“Barselona”), Eden Azar (“Çelsi”) və Sesk Fabreqas (“Çelsi”) yer alıb.

"Forbes" jurnalı bundan əlavə dünyanın ən varlı futbol klublarının siyahısını açıqlayıb.

İlk yerdə Madridin “Real” klubu qərarlaşıb. “Kral klubu”nun dəyəri 3,65 milyard dollar qiymətləndirilir.

İknici sırada 3,56 milyard dollarla “Barselona”, onun ardınca isə 3,32 milyard dollarla “Mançester Yunayted” gəlir.

İlk onluqda Münhenin “Bavariya” (2,68 milyard), Londonun “Arsenal” (2,02), “Mançester Siti” (1,92), Londonun “Çelsi” ( 1,66), “Liverpul” (1,55), Turinin “Yuventus” (1,3) və Londonun “Tottenhem” (1,02) da yer alıb.

AzVision.az

Teqlər: