Ermənilər Kürü çirkləndirir

Ermənilər Kürü çirkləndirir
  12 May 2016    Oxunub:1463
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, may ayının I ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının III ongünlüyünə nisbətən 56 m3/san artaraq 410 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3.3, Ağstafaçayda 3.1, Ağstafaçay su anbarında isə 2.9 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

May ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.5, I Şahsevəndə 2.2, Bəhramtəpədə isə 2.3 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

AzVision.az


Teqlər:  






Xəbər lenti