Rüstəmin işini Eldar görür - TƏHLİL

Rüstəmin işini Eldar görür - TƏHLİL
  24 İyul 2013    Oxunub:1189
Millət vəkili, YAP-ın Siyasi Şurasının üzvi Aydın Mirzəzadə Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi olması, seçkilərdə iştirak etməsi ilə bağlı Facebook səhifəsində yazı yerləşdirib.

AzVision.az həmin yazını təqdim edir:

Təcrübəli kinorejissorun təcrübəli siyasətçilərə öz ssenarisində rol verməsi.

Bu situasiyada İsa Qəmbərin ehtiyatlı fəaliyyəti bariz görünür.

Azərbaycanda 2013-cü il prezident seçkiləri yaxınlaşdıqca siyasi mənzərə daha da aydınlaşır. Artıq əsas iddiaçıların adları məlumdur, rəsmi təbliğat kampaniyasının hansı məsələlər ətrafında gedəcəyi də təxmini bilinir.

Bu ilki dövlət başçısı seçkisinin özəlliyi radikal müxalifətin Mlli Şura adlı seçkiqabağı ittifaq yaratması və tanınmış Rusiya və Azərbaycan kinorejissoru Rüstəm İbrahimbəyovu özünə lider seçməsi və prezidentliyə namizəd irəli sürməsidir.

Müxalifətin bu cinahı əvvəlki seçkilərdə də müxtəlif bloklar yaradır və istənilən yolla hakimiyyətə gəlməyə çalışırdı. Bu ilki fərqli nüans isə ənənəvi Müsavat- AXCP-Rəsul Quliyev qrupu blokuna Rüstəm İbrahimbəyov - Eldar Namazov qrupunun qoşulmasıdır.

Eldar Namazov özünün kiçik siyasi qrupu ilə siyasətdə mövcud olsa da, Rüstəm İbrahimbəyov axırıncı iki ilə qədər ümüumiyyətlə siyasətdə görünmürdü. Rusiya və Azərbaycanın eyni zamanda vətəndaşları olan İbrahimbəyov əsasən birmənalı qarşılanmayan bədii filmlər yaratmaqla məşğul idi. Onun ara-sıra sosial mövzulara dair verdiyi müsahibələr isə bir qayda ziyalılar tərəfindən ciddi narazılıqlarla qarşılanırdı.

Keçən ildən siyasətə qoşulan kinorejissor bu il radikal müxalifətlə birlikdə Milli Şura deyilən bir qurum yarada bildi. İlk dövrlərdə özünün namizədi kimi Eldar Namazovun adını çəksə də, sonradan dediyini unudaraq yaradılan ittifaqa sədr, həm də oradan prezidentliyə namizəd kimi özü seçildi. Ancaq Namazov da kənarda qalmadı, yarım ildən çoxdur ölkədən kənarda olan İbrahimbəyovun yerinə birləşmiş radikal müxalifətin lideri rolunu faktiki olaraq indi o yerinə yetirir.

Maraqlı olan odur ki, artıq beş ildir prezidentliyə iddialı olan İsa Qəmbərin, Əli Kərimlinin, Mirmahmud Mirəlioğlunun, Laə Şövkətin asanlıqla siyasətdən kənar və qalmaqallı bir insanın yaratdığı quruma daxil olması və onun namizədliyi xeyrinə öz namizədliklərindən imtina etdilər. Siyasi analitiklər bu halı müxtəlif səbəblərlə izah edirlər. Bir qismi bunu bu şəxslərin xaricdən bağlı olduqları müəyyən dairələrdən məhz belə bir təlimat almaları ilə izah edirlər.

Bir qrup analitikin fikrincə isə hər dəfə uduzan bu müxalifət liderlərinin bu dəfə də uduzmalarının onların siyasi karyeralarına son qoymaqlarından ehtiyatlanmalarıdır. 20 ilə yaxındır arxalarınca apardıqları elektorat bu ilki məğlubiyyəti artıq onlara bağışlamya bilərdi. 2013-cü il seçkilərində iştirak etməməklə isə beş ildən sonra artıq yeni siyasi imiclə cəmiyyətin içərisinə çıxacaqlarına ümüd edirlər.

Bunlar ehtimallar olsa da ortada olan reallıq radikal müxalifətin asanlıqla Eldar Namazov - Rüstəm İbrahimbəyov qrupuna təslim olması, özlərinin bütün planlarını bu iki şəxsin siyasətinə uyğunlaşdırmalarıdır. Bu gün müxalif cəbhənin siyasətini orada öz kiçik qrupuna başçılıq edən Eldar Namazov və heç zaman siyasətlə məşğul olmamış İbrahimbəyov müəyyən edir. Təsüdüfi deyil ki, bir müddət əvvəl keçmiş deputat, müxalifətin ideoloqlarından sayılan Pənah Hüseyn bildirmişdi ki, " özümüz yazmadığımız ssenaridə rol oynamağa məcburuq ".

Müxalifətin kənardan gələn ssenarisinin işə salınması isə artıq öz "bəhrələrini" verməkdədir. İbrahimbəyov çıxışlarında və xarici görüşlərində təmsil etdiyi seçki blokunu deyil, məhz özünün təbliğinə üstünlük verir. Siyasi mövzularda bəyanatları isə nəinki Azərbaycan ictimaiyyətini, hətta çətiri altına yığdığı müttəfiqlərini də vaxtaşırı şoka salır. Kinorejissor gah Qarabağ ərzisini mübahisəli ərazi sayır, gah onun Bakıya dönməsini tələb edən Müsavat başqanı İ.Qəmbəri provokator adlandırır. Onun haqqında tənqidi yazılar yazan jurnalistlin ağzından sözün əsl mənasında ağzından vurmaq çağırışı isə hətta radikallar üçün soyuq duş təsiri bağışladı.

Eyni zamanda Namazov - İbrahimbəyov qrupunun beynəlxalq aləmdə Azərbaycan müxalifəti ancaq özlərinin təmsil etməyə çalışmalarıdır. Bu günlərdə ABŞ Konqresində görüşlərindən qayıdan Milli Şuranın aparat rəhbəri E.Namazov Vaşinqtondan " Ancaq ya İbrahimbəyovun, ya onun tədbirə gəlməsi" mesajını alması xəbərini verdi.

Bütün bu şok effektləri isə maxalifətin nəzarəti altında olan mətbuat sadəcə olaraq üstündən sükutla keçir.

Bütün resurslarını "gənc siyasətçi" Rüstəm İbrahimbəyova və onun aparat rəhbəri Eldar Namazova təhvil vermiş radikal müxalifət iderlrindən tək İsa Qəmbər ara-sıra öz müstəqilliyini qoruyub saxlamağa cəhd edir. İctimai Palatada heç kəsə güzəştə getməyən AXCP sədri Əli Kərimlinin ümumiyyətlə səsi gəlmir, Rəsul Quliyevin, Mirmahmud Mirəlioğlunun seçkidə nə iş görəcəkləri isə heç kəsə aydın deyildir.

Radikal müxalifətin "yeni ssenari " ilə seçkilərə getməsinin nə ilə bitəcəyi isə indidən aydındır. Sadəcə olaraq əvvəlki seçkilərin nəticələri ilə tanış olmaq kifayət edir.


Teqlər:  





Xəbər lenti