İki NİDA-çı gənc narkotiklə tutulub - Rəsmi məlumat

İki NİDA-çı gənc narkotiklə tutulub - Rəsmi məlumat
  12 May 2016    Oxunub:9425
Daxili İşlər Nazirliyi (DİN) həbs edilən NİDA-çı gənclərlə bağlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, DİN-in məlumatına görə, hər iki gənc narkotik maddəylə əlaqəli saxlanılıb.

Rəsmi məlumatda deyilir:

“Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb”.

AzVision.az


Teqlər:  






Xəbər lenti