ABŞ Əfqanıstandakı məxfi bazalarını bağlayır

ABŞ Əfqanıstandakı məxfi bazalarını bağlayır
  24 İyul 2013    Oxunub:1279
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Əfqanıstandakı məxfi bazalarını bağlayır.
Bazalarda amerikalı əsgərlər 2001-ci ildən bəri vuruşurlar. AzVision.az məlumat verir ki, iki il boyunca ABŞ-ın ölkədəki MKİ bazalarının sayı 12-dən 6-yadək azalacaq.

Əfqanıstanda MKİ bazalarının fəaliyyəti ölkədəki “Əl-Qaidə” terror təşkilatı ilə bağlı idi. Amerikalılar onların hücumlarının qarşısını almağa cəlb olunmuşdular. Hazırda “Əl-Qaidə” əsasən Pakistandan hərəkət edir.

ABŞ rəsmiləri bildiriblər ki, 2014-cü ildə ABŞ qoşunlarını Əfqanıstandan çıxarsa belə MKİ ölkədə müəyyən bazasını saxlayacaq. Bundan başqa, MKİ son on ildə öz strategiyasını dəyişdirib. Hazırda pilotsuz təyyarələrə daha çox bel bağlayır. ABŞ pilotsuz təyyarələrdən Əfqanıstan və Pakistanda terrorçuların qarşısını almaq üçün istifadə edir.

ABŞ Əfqanıstandakı qoşunlarının çıxarılması barədə hələ son qərara gəlməyib. Lakin 63 min ABŞ kontingentinin sayının 2014-cü ildən sonra 10 minədək ixtisarı nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti