Bankdan ölən şəxsə kredit verilməsi haqda AÇIQLAMA

Bankdan ölən şəxsə kredit verilməsi haqda AÇIQLAMA
  12 May 2016    Oxunub:3067
“Parabank” ölən şəxsə kredit verilməsi ilə bağlı mətbuatda səslənən iddialara aydınlıq gətirib.
Bankın marketoloqu Bəhruz Məmmədzadə AzVision.az-a bildirib ki, Xəyalə İbrahimovanın evinə göndərilən bildirişdə sadəcə texniki səhvə yol verilib. Bank rəsmisi qeyd edib ki, Vaqif İskəndər oğlu İbrahimovla kredit müqaviləsi 15 aprel 2014-cü ildə bağlanıb:

“Bank həmin şəxslə iki illik kredit müqaviləsi bağlayıb. Ölmüş şəxs kredit müqaviləsinə imza ata bilməz. Onun müqavilədə imzası var. Təəssüf ki, onun evinə göndərilən şəhadətnamə onun ölüm vaxtına təsadüf edib. Sadəcə burada tarix səhvi olub. Həmin şəxs öldüyündən onun krediti ödənilmir. Kreditin ödəmə vaxtı bitib”-deyə Bəhruz Məmmədzadə bildirib.

Qeyd edək ki, mətbuatda “Parabank”ın Nərimanov rayon filialında Bakı sakini, 19 avqust 2014-cü ildə vəfat etmiş Vaqif İskəndər oğlu İbrahimovun adına 14 sentyabr 2015-ci il tarixli 035/15/PBN nömrəli kredit müqaviləsinin imzalanması ilə bağlı informasiya yayılıb. Vaqif İbrahimov rəhmətə getdikdən sonra bankdan onun adına 11 mart 2016-cı il tarixli, 635/16 saylı bildiriş məktubu göndərilib.

Gültəkin Ələsgər


Teqlər:  






Xəbər lenti