600 balı keçən abituriyentlərin sayı açıqlandı

600 balı keçən abituriyentlərin sayı açıqlandı
  24 İyul 2013    Oxunub:1298
“2013-2014-cü tədris ili üçün ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanının nəticələrinə əsasən (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla), müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin 367 nəfəri 600-dən yuxarı bal toplayıb”.

Bu barədə AzVision.az-a Tələbə Qəbuu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, I qrup üzrə 600 balı keçən abituriyentlərin sayı 367 nəfərdir.

Qeyd edək ki, 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə iyulun 21-də keçirilmiş qəbul imtahanının nəticələri dünən məlum olub. İmtahanda ən yüksək nəticə isə 695 bal olub.

Bu il I qrup üzrə ixtisas seçimində ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti