Avropa Parlamenti Azərbaycana müşahidəçi göndərməyəcək

Avropa Parlamenti Azərbaycana müşahidəçi göndərməyəcək
  24 İyul 2013    Oxunub:1132
Avropa Parlamenti, əvvəllər qeyd etdiyimiz kimi, bu ilin oktyabrında Azərbaycanda keçiriləcək prezident seçkilərinə nəzarət etmək üçün nümayəndələrini göndərməyəcək.
Bu qərarı Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Komitəsi iyulun 13-də qəbul edib.

Avropa Parlamenti Azərbaycanda seçki monitorinqinin keçirilməsindən imtina edib, lakin Gürcüstanda keçiriləcək prezident seçkilərinə öz müşahidəçilərini göndərəcək.

Avropa Parlamenti nümayəndələrindən birinin sözlərinə görə, bu cür qərar rəsmi Bakını qıcıqlandırmamaq məqsədi ilə qəbul edilib.

“Azərbaycan hökuməti yaxın günlərdə Avropaya qaz tranziti haqqında qərar qəbul edib. Buna görə də seçkiləri izləmək üçün Bakıya müşahidəçilərin göndərilməsi yanlış olardı və seçkilər haqqında tənqidi fikirlər yaradardı” –parlament üzvü bildirib.

haqqin.az
AzVision.az



Teqlər:  





Xəbər lenti