Milli Məclisdə erməni təxribatı ilə bağlı dinləmə

Milli Məclisdə erməni təxribatı ilə bağlı dinləmə
  13 May 2016    Oxunub:2291
“Ermənistan tərəfi danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirmir. Daim danışıqları pozmağa, status-kvonun qalmasına və işğal faktının qəbul olunmasına çalışır”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin (MM) sədr müavini Bahar Muradova parlamentdə keçirilən “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələrdə çıxışında deyib.

Vitse-spiker bildirib ki, bu yolda Ermənistana havadarları kömək edir: “Ermənistan və onun təcavüzkar hərbi siyasi rəhbərliyi təmas xəttinə yaxın ərazidə təxribatlar törədir. Nəzərə almaq lazımdır ki, bu yaxın ayların işi deyil, 2014-cü ildən başlayaraq, ardıcıl, məqsədyönlü şəkildə Azərbaycanı və bizi dəstəkləyən region ölkələrini provakasiyaya çəkir. Azərbaycan ərazisində Ermənistanın hərbi kontingentinin iştirakı ilə ərazilərimizdə təlimlər keçirir. Eyni zamanda “Dağlıq Qarabağ”ın tanıdılmçası istiqamətində səylər göstərilir”.

***

Milli Məclisdə “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələr keçirilir.

AzVision.az xəbər verir ki, dinləmədə xarici işlər nazirinin müavini Xələf Xələfov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, deputatlar və QHT nümatəndələri iştirak edirlər.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti