Astarada baş verən qəzada iki nəfər ölüb

Astarada baş verən qəzada iki nəfər ölüb
  13 May 2016    Oxunub:1319
Ələt-Astara magistralında baş verən yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, 9 nəfər yaralanıb.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, qəza nəticəsində Astara rayonu Ərçivan kənd sakinləri - 1970-ci il təvəllüdlü Yeganə Quliyeva və 1981-ci il təvəllüdlü Ramin Quliyev həyatını itirib.

Qeyd edək ki, bu gün Astara rayonundan Lənkəran şəhəri istiqamətində hərəkətdə olan sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Yük maşının sürücüsü hadisə yerindən qaçıb. Sürücünün tapılması və istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  






Xəbər lenti