Papa Allahın vətənini açıqladı
Papa Françesko Braziliyanın Rio-de-Janeyro şəhərinə gedib. O, Braziliya paytaxtında Katolik Dünya Gəncliyi gününün açılışını edəcək. Son 20 ildə katoliklərin sayında azalma mühaşidə olunan Braziliya səfərində papanı ruhani liderlərlə yanaşı 70-ə yaxın jurnalist müşayiət edir. Təyyarədə jurnalistlərlə söhbət edən Papa onlar haqqında “şir kimi vəhşi və yırtıcı” bənzətmələrini eşitidyini deyib. Papa “Təbii ki, siz bura mənə bağlılığınızı göstərmək üçün gəlməmisiz. Nə də ki, mən şirlərin arasında deyiləm. Amma deyildiyi kimi çox vəhşi və yırtıcı görünmürsüz” – deyərək jurnalistlərlə zarafatlaşıb.
Katolik lider jurnalistlərdən xahiş edib ki, cəmiyyətin, gənclərin və xüsusilə də yaşlıların yaxşılığı üçün xəbərlər vasitəsilə ona kömək etsinlər. Braziliya səfərinin ikinci günündə Papa Françesko Rio-de-Janeyro çimərliyində 2 miylonun insanın iştirak edəcəyi ayini icra edəcək.
Fatimə KƏRİMLİ