Nazir müavini Ermənistanın əsl məqsədini açıqladı

Nazir müavini Ermənistanın əsl məqsədini açıqladı
  13 May 2016    Oxunub:2595
“Ermənistanın məqsədi işğalın nəticələrini möhkəmkləndirmək, işğal etdiyi ərazilərin ilhaqına nail olmaqdır”.
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisdə keçirilən “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələrdə deyib.

X.Xələfov bildirib ki, münaqişənin həllin ilə bağlı Azərbaycan ikilistandartlara məruz qalıb: “İndiyə qədər münaqişənin sülh yolu ilə həlli üçün heç bir addım atılmayıb. Ermənistan danışıqlar prosesinə, öz maraqlarına uyğun olaraq, ola bilsin ki, münaqişənin davam etməsində maraqlı olan xarici dairələrin dəstəyi ilə təxribatlar törətməkdə davam edib. Məqsəd odur ki, təcavüzün nəticələri möhkəmlənsin. Ermənistan vaxtdan istifadə edərək beynəlxalq səviyyədə tanınma məsələsinə nail olmağa çalışıb. Azərbaycanın işğalın nəticələrini aradan qaldırmaq uğrunda apardığı həm milli, həm də xarici mübarizə buna imkan verməyib”.

X.Xələfov qeyd edib ki, BMT qətnamələri ədalətsiz konteksdə qəbul olunub: “Bu qətnamə təcavüzə qarşı qəbul olunmayıb. Mübahisələrin sülh yolu ilə həll olunması məqsədi ilə qəbul olunub. Bununla belə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan fərdi və kollektiv müdafiə hüququnu özündə saxlayır. Deyə bilərlər ki, qətnamələr var. Amma, bu qətnamələrə əməl olunmur. Bu gün ən böyük təhlükə Ermənistan ordusunun Azərbaycan ərazilərində qeyri-qanuni mövcud olmasıdır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti