Erməni təxribatları ilə bağlı Avropa Məhkəməsinə 2 müraciət göndərilib

Erməni təxribatları ilə bağlı Avropa Məhkəməsinə 2 müraciət göndərilib
  13 May 2016    Oxunub:2230
Ermənilərin aprel ayında törətdikləri ilə bağlı Azərbaycan Avropa Məhkəməsinə iki müraciət göndərib.

AzVision.az xəbər veri ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov Milli Məclisdə keçirilən “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələrdə deyib.

Onun sözlərinə görə, təmas xəttində baş verənlər beynəlxalq hüququn pozulmasıdır:

`Aprelin əvvəlində baş verən döyüşlər zamanı Azərbaycan xalqı vahid mövqedən çıxış ediblər, dövlət siyasətini dəstəkləyib. Bu məsələrlə bağlı vətəndaşlar Avropa Məhkəməsinə müraciət edə bilmədiklərinə görə onlar vəkillərlə təmin olunub. Müvafiq işlər görülür. Artıq, iki müraciət göndərilib.

Ermənilər tərəfindən də Avropa Məhkəməsinə iki müraciət daxil olub. Ərizədə qeyd olunub ki, guya Azərbaycan hərbiçiləri erməni mülki əhalisini təhqir edir. Mülki əhaliyə Azərbaycan ordsunun müdaxiləsindən söhbət gedə bilməz”.

Ç.Əsgərov əlavə edib ki, digər hallarla bağlı məlumatlar toplanılır, bunlarla bağlı da Avropa Məhkəməsinə müraciətlər ediləcək. Belə ki, 50-dən artıq mülki və sosail obyektə ziyan dəyməsi ilə bağlı ərizələr Avropa Məhkəməsinə göndəriləcək.


Teqlər:  






Xəbər lenti