Ermənilərin təxribatı ilə bağlı 32 cinayət işi açılıb

Ermənilərin təxribatı ilə bağlı 32 cinayət işi açılıb
  13 May 2016    Oxunub:1769
“Aprelin əvvəlində cəbhədə baş verən hadisələr zamanı 6 mülki şəxs həlak olub”.
AzVision.az xəbər verir ki, bunu Baş Prokurorluqda İstintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq üuhmanitar hüququn probemləri” keçirilən dinləmər zamanı bildirib.

N. Abbasov deyib ki, 641 yaşayış evinə ziyan dəyib və ya tamamilə dağılıb: “Ermənistan beynəlxalq hümanitar hüquq normalarını pozub. Mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı Tərtər, Ağdam, Füzuli, Ağcabədi prokurorluqlarında 32 cinayət işi açılıb. Sübutların toplanması istiqamətində işlər həyata keçirilir ”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti