Cinayət Məcəlləsi dəyişə bilər

Cinayət Məcəlləsi dəyişə bilər
  13 May 2016    Oxunub:4922
“Ermənistanın təcavüzü nəticəsində törədilən cinayətlərlə bağlı Cinayət Məcəlləsində müvafiq dəyişikliklərin edilməsi zəruridir”.
AzVision.az-ın məlumatına görə, belə bir təkliflə Parlamentdə keçirilən “Təmas xəttində son hadisələr: beynəlxalq humanitar hüququn problemləri” adlı dinləmələrdə Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov çıxış edib.

O, fikrini bununla bağlı Cinayət Məcəlləsində müvafiq maddələrin olmaması ilə əsaslandırıb: “Bu cinayətlər beynəlxalq cinayətlərdir və Cinayət Məcəlləmizə bununla bağlı maddələr əlavə edilməlidir. Bütün zərər çəkən şəxslər Avropa Məhkəməsinə müraciət etməlidirlər”.

“Digər tərəfdən, Avropa Kovensiyasına görə ölən şəxslər üzərində təhqiramiz hərəkətlərə yol vermək olmaz. Buna görə də həmin şəxslərin yaxın qohumları Avropa Məhkəməsinə müraciət etməlidirlər”, - deyə L.Hüseynov qeyd edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:






Xəbər lenti