Şamaxı Təhsil İdarəsindən hamilə məktəbli ilə bağlı AÇIQLAMA
Bu hadisədə adı çəkilən Pirbəhli kənd ümumi orta məktəbinin müəllimi Elnur İbrahimovla bağlı Şamaxı RTŞ –dən verilən məlumata görə, həmin müəllim 2016-cı il aprelin 1-dən üzrlü səbəb olmadan pedaqoji fəaliyyətinə ara verib. Bu səbəbdən cari ilin may ayının 3-dən məktəbin Pedaqoji Şurasının qərarı ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin “Ç” bəndinə əsasən Elnur İbrahimovla bağlanan əmək müqaviləsinə xitam verilib.
Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gültəkin Ələsgər
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


