Prokurorluq bölmədəki ölümlə bağlı araşdırma aparır
İlkin araşdırmalarla müəyyən olunmub ki, qeyd edilən tarixdə Şüvəlan qəsəbə sakinləri Afiyyədin Hüseynov, Elməddin Hüseynov və Əliislam Rüstəmzadənin Z.Sultanov tərəfindən bir neçə şəxslə birlikdə həmin qəsəbədə döyülmələri barədə şikayət ərizələri əsasında sonuncu polis bölməsinə dəvət olunub və bölmənin həyətyanı sahəsində gözləyən zaman saat 13:40-da oturacaqdan yıxılaraq vəfat edib.
Araşdırmalarla həmçinin, polis bölməsində Z.Sultanova qarşı heç bir fiziki zor tətbiq edilməməsi, bədən səthində aşkar olunmuş sıyrıqların isə onun yıxılma nəticəsində yaranması, qeyd edilənlərin videokameradan götürülmüş görüntüyə keçirilən baxış zamanı öz təsdiqini tapması, eləcə də meyitin müayinəsi zamanı ürək əzələlərində dəyişikliklər olması müəyyən edilib.
Araşdırmalar zamanı şahidlərin izahatları alınmış və digər zəruri hərəkətlər icra edilib.
Hazırda rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


