Qabiliyyət imtahanı verənlərin nəzərinə

Qabiliyyət imtahanı verənlərin nəzərinə
  24 İyul 2013    Oxunub:1049
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) birinci ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisas müsabiqəsinin şərtlərini açıqlayıb.
AzVision.az xəbər verir ki, müvafiq qrup üzrə ali məktəblərin pullu ixtisaslarına minimum keçid balı 100 baldır. 150-dən yuxarı bal toplamış abituriyentlər isə dövlət sifarişli ixtisasların müsabiqəsində iştirak edə bilərlər.

Xüsusi qabiliyyət tələb edən imtahanların yekununa görə, abituriyentlər pullu ixtisaslar üçün minimal 9 bal, pulsuz ixtisaslar üçün 7 bal toplamalıdırlar.

Xatırladaq ki, birinci ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən fakültələr inşaat və dizayn fakültələridir.




Teqlər:  





Xəbər lenti