Ermənilərin 2 PUA-sı məhv edildi

Ermənilərin 2 PUA-sı məhv edildi
  13 May 2016    Oxunub:17773
Azərbaycana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulmayıb.

Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən Ermənistan mətbuatının guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması ilə bağlı bildiriblər.

Bildirilib ki, Silahlı Qüvvələrimizin sərəncamında olan bütün PUA-lar yerindədir.

Dəqiq məlumata görə isə erməni tərəfi səhvən öz PUA-nı vuraraq yerə salıb və bu cür məlumatlar yaymaqla fikri həqiqətdən yayındırmaq istəyir.

Bildiririk ki, mayın 13-də cəbhə bölgəsində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA bölmələrimiz tərəfindən xüsusi üsulla endirilib.

Beləliklə, mayın 13-də erməni tərəfinə məxsus 2 ədəd PUA məhv edilib.

AzVision.az


Teqlər:  






Xəbər lenti