İmranın xərclərini Mehriban Əliyeva da ödəyəcək - YENİLƏNDİ

İmranın xərclərini Mehriban Əliyeva da ödəyəcək - YENİLƏNDİ
  24 İyul 2013    Oxunub:1922
Birinci xanım Mehriban Əliyeva və Emin Ağalarov İmran Cəfərzadənin müalicə xərclərini ödəyəcək
“Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən İmran Cəfərzadəyə lazım olan vəsaiti Emin Ağalarov və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz üzərinə götürüb.

Bununla bağlı AzVision.az İmranın yaxınları ilə əlaqə saxlayıb. Xalasının verdiyi məlumata görə, artıq bununla bağlı nümayəndələr İmranın atasının yanına gəlib və bildiriblər ki, bütün xərclər ödəniləcək. “Bir neçə gündən sonra isə İmran Almaniyaya aparılacaq”,-deyə xalası əlavə edib.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti