Bakının mərkəzi küçələrindən biri bağlı olacaq

Bakının mərkəzi küçələrindən biri bağlı olacaq
  13 May 2016    Oxunub:1980
Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək «Formula-1» yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AzVision.az-a verilən məlumata görə, hazırda Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri icra olunmaqdadır. Bu səbəbdən Əziz Əliyev küçəsi mayın 13-ü saat 22:00-dan etibarən mayın 14-ü səhər saat 06:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Qeyd edək ki, Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.

AzVision.az


Teqlər:  






Xəbər lenti