Saxta “Ombudsman” həbs olunub

Saxta “Ombudsman” həbs olunub
  14 May 2016    Oxunub:1837
Mağazalardan haqq yığan özünü Ombudsman aparatının əməkdaşı kimi təqdim edən şəxs yaxalanıb.
AzVision.az Kəpəz TV (Region TV) istinadən xəbər verir ki, 55 yaşlı Şahməddin Həsənov həbs edilib. O, müxtəlif mağazalara gedərək dələduzluq edib. Şirvan şəhərində qeydiyyatda olan Şahməddin Həsənovun sonuncu qurbanı Qazax sakini Fariz Namazov olub. Zərərçəkən polisə müraciət edərək 68 manat məbləğində ərzaq mallarının, 200 manat nağd pulunun mənimsənildiyini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta vəsiqə ilə insanları aldadan Şahməddin Həsənov Ağstafa rayonu, Poylu qəsəbəsində saxlanılıb. Qazax və Ağstafa rayonlarında qohumlarının olduğunu deyən Şahməddin Həsənov, iddialarla razılaşmayıb. O, sadəcə insanlara kömək etmək üçün müxtəlif dairələrə xahiş etdiyini bildirib. Faktla bağlı cinayət işi açılıb.

AzVision.az


Teqlər:






Xəbər lenti