Tərtərdə hazırda vəziyyət necədir?

Tərtərdə hazırda vəziyyət necədir?
  14 May 2016    Oxunub:3300
Hazırda Tərtər rayonunda nisbi sakitlik hökm sürür.
Sakinlərin AzVision.az-a verdiyi məlumata görə, bu dəqiqələrdə təmas xəttində atışma səngiyib.

Atışma zamanı Tərtər sakinləri arasında ölən və yaralanan olmayıb. Ermənistan silahlı bölmələrinin atdığı artilleriya mərmiləri əsasən taxıl sahələrinə düşüb.

Qeyd edək ki, bu gün saat 18:20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qəzyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilib, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilib.

Nazirlik xəbərdarlıq edib ki, bu cür təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.

AzVision.az


Teqlər:






Xəbər lenti