FİFA-nın baş katibi qadın oldu - Tarixdə ilk
Seneqal Futbol Federasiyasını təmsil edən Fatma Samba Diuf Samur ali futbol qurumunun ilk qadın baş katibi olacaq.
FİFA prezidenti Canni İnfantino bu seçimi mütərəqqi addım kimi dəyərləndirib: “Biz gender bərabərliyi baxımından əla qərar verdik. Üstəlik bu xanım keçmişin yox, gələcəyin təmsilçisidir. Düşünürəm ki, çox mütərəqqi seçim və təyinat oldu”.
AzVision.az