Qazax sakini minaya düşdü

Qazax sakini minaya düşdü
  14 May 2016    Oxunub:2689
Qazax rayon sakini minaya düşüb.
Hadisə səhər saat 05 radələrində saatlarında rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Kənd sakini 1978-ci il təvəllüdlü Vəzir Vəliyev örüş sahəsində minaya düşüb.

Yaralı Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Mərkəzdən verilən məlumata görə, partlayış nəticəsində kənd sakinin ayağı qopub. Onun sol ayağı dizdən aşağı amputasiya olunub.

AzVision.az


Teqlər:  






Xəbər lenti